Meyvə qabıqlarının faydası: onları atmağa tələsməyin

Meyvə qabıqlarının faydası: onları atmağa tələsməyin backend

Meyvələrin qabıqlarını atmağa tələsməyin, çünki onların tərkibində meyvənin özündən az olmayan faydalı maddələr var.

Qaziler.az xarici mətbuata istinadən bu faydalar haqda məlumat verir:

Alma
Amerika dietoloqlarının fikrincə, almanı qabıqlı yeməklə döşdə, qaraciyərdə, bağırsaqda olan xərçəngdən qorunmaq olar.

Banan
Banan qabığı da faydasız deyil. O, zədələnmələr zamanı əziklərin tez yox olmasına kömək edir. Bununçün banan qabığının iç tərəfini bənin zədələnmiş hissəsinə qoymaq lazımdır.
Bananın qurudulmuş qabığını yeməyə atdıqda bağırsaqlardakı qurdlardan, oynaqlardakı ağrılardan xilas olmaq mümkündür.

Qarpız
Yoğun bağırsağın müalicəsində və mədə soyuqdəyməsində qurudulmuş qarpız qabığı əla vasitədir. Bununçün 200 qram xırdalanmış və qurudulmuş qarpız qabığını toz halına salın, üzərinə isti su tökün, soyudun. Bunu gündə 4 dəfə yarım stəkan içmək lazımdır.

Kivi
Kivinin qabığında olan antioksidantlar meyvənin özündən 3 dəfə artıqdır. Bu meyvənin qabığı mədədəki zərərli bakteriyalarla əla mübarizə aparır.

Sitrus meyvələri
Apelsin və limonun qabıqları da vitaminlər və antioksidantlarla zəngindir. Məsələn, 1 xörək qaşığı limon qabığında təxminən 15% sutkalıq vitamin norması var. Bu meyvələrin qabıqları mədənin fəaliyyətini çox yaxşı nizamlamaq imkanına malikdir.
Limon qabığı bütün efir yağları ilə zəngindir ki, bu da orqanizmə daxil olan kimi xolestrinin səviyyəsini aşağı salmağa yardımçı olur.


Diaspora