Sarısına nisbətən daha çox beta-karoten və C vitamini ehtiva edən qırmızı bananın bir çox faydası mövcuddur. Dadı çiyələyə yaxın olan bu banan lif baxımından da zəngindir. Dietoloqlar qırmızı bananın sağlamlıq baxımından faydalı olduğunu deyirlər. Aile.lent.az qırmızı bananın faydalarını təqdim edir.
Qırmızı banan normal banandan daha kiçik ölçülü, qabığı tünd qırmızı və ya bənövşəyi rənglərdə olan banan növüdür. Bu meyvə Şərqi Afrika, Asiya, Cənubi Amerika və Birləşmiş Ərəb Əmirlikləri istehsalçıları tərəfindən idxal edilir. Yetişdikcə rəngi daha da tündləşir. Marmelad, cips, şokolad, pudinq, biskvit kimi məhsullarda istifadə edilən qırmızı bananın, eyni zamanda, unu da hazırlanır.Dadı sarı banana yaxın olan qırmızı bananda yüngül moruq, çiyələk və manqo qoxuları da var. Qırmızı rəngini tərkibindəki beta-karotendən alan bu banan növünün dadı şirin çiyələyə yaxındır. Sarı banana nisbətən daha yumşaq və şirindir. Qırmızı banan tərkibindəki vitamin və minerallarla sarı banana bənzərdir. Kalium, beta-karoten, dəmir, B6 və C vitamini ehtiva edir.
Qida dəyəri və enerjisi yüksək olan bir orta boylu qırmızı banan 400 mg kalium ehtiva edir. Yüksək kalium tərkibi baxımından ürək əzələsi funksiyaları və həzm sistemi üçün olduqca faydalıdır. Gündəlik C vitamini ehtiyacının 15%-i qarşılayır.
C vitamini bədəni xəstəliklərə qarşı qoruyan güclü bir antioksidandır. C vitamini tərkibi ilə qırmızı banan bədəni sərbəst radikallara qarşı qoruyaraq, ürək böhranı və xərçəng riskini azaldan, immunitet sistemini gücləndirən bir qidadır. Liflə zəngindir, gündəlik lif ehtiyacının 16% -i qarşılayır. Lif tərkibi ilə ürək xəstəlikləri və 2-ci tip diabet riskini azaldır. Eyni zamanda, yüksək miqdarda B6 vitamini ehtiva edir. Yaddaşsızlıq, əsəbilik, yorğunluq, qan azlığı və yuxusuzluğa səbəb olan B6 vitamini çatışmazlığına qarşı banan yeyə bilərsiniz. Bundan başqa, qan hüceyrələri və zülal maddələr mübadiləsini dəstəkləyir. Bananın rəngi nə qədər tünddürsə, C vitamini və beta-karoten baxımından bir o qədər zəngindir.
Qatıq və südə qata bilər, quruda, dondura bilərsiniz, meyvə salatlarınıza və şirniyyatlarınıza əlavə edə bilərsiniz.