Beynin yaşlanmasının qarşısını alan dərman yaradılıb

Beynin yaşlanmasının qarşısını alan dərman yaradılıb backend

Mütəxəssislər yaşla bağlı bu problemi aradan qaldırmaq üçün 2 ilə insan üzərində test edərək sınaq keçirməyi qərarlaşdırıblar.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, B, C və D vitaminləri, yaşıl çay, fol turşusu, balıq yağı kimi 30 vitamin və mineral maddələrindən təşkil olunmuş dərman tərkibi açıqlanıb. Həmçinin mütəxəssislər belə qərara gəliblər ki, hazırlanan dərmanla zamanla alzheimir və parkinson kimi nevroloji xəstəliyi müalicə etmək olacaq.
Son 10 ildə siçanlar üzərində aparılan tədqiqatlar yaxşı nəticələndiyi sübut olunub. Son tədqiqatda isə beyin hüceyrələrinin yarısından çoxunu itirmiş heyvanlar üzərində tətbiq edilib. Bu dərmandan bir neçə ay içildikdən sonra xəstələrdə irəlləyiş hiss olunub. Zaman keçdikcə ağır beyin hüceyrəsi itkisi və zəifliyi aradan qaldırılması ilə müşahidə olunub. Qocalmanın təsirlərini uzaqlaşdırması ilə yanaşı, dərmanın heyvanlarda görmə, tarazlığını inkişaf etdirdiyi müşahidə olunub.
Cırcırama üzərində aparılan tədqiqatdan müşahidə olunub ki, 120 gün yaşayan böcəklər cavanlıq dərmanından sonra 257 gün yaşadıqları müəyyən edilib.
Tədqiqatların bir sonrakı mərhələsində insanlar üzərində sınanması və yan təsirlərinin test edilməsi planlaşdırılır.
Diaspora