3-günlük QARĞIDALI PƏHRİZİ - XALQ TƏBABƏTİ

3-günlük QARĞIDALI PƏHRİZİ - XALQ TƏBABƏTİ backend

Qarğıdalı qidalı liflərlə və zülallarla zəngindir. Bu səbəbdən qarğıdalı tez toxluq hissi yaradır və uzun müddət ərzində insanı tox saxlayır.

Qaziler.az Sağlamolun.az-a istinadən bildirir ki, qarğıdalı bağırsaqları yaxşı təmizləyir, yüngül sidikqovucu təsir edir.
Bu faydalı xüsusiyyətlərə görə bir çox diyetoloqlar qarğıdalını pəhriz zamanı istifadə etməyi tövsiyə edirlər.
Sizə belə pəhrizin bir variantını təqdim edirik.
Səhər acqarına 1 stəkan su için. 30 dəqiqədən sonra 1 orta ölçüdə olan qarğıdalı yeyin.
Günorta 1 xiyar, 1 pomidor, 1 bibər, göyərtilər və 1/2 qarğıdalıdan (dənəcikləri çıxardın) ibarət olan salat yeyin.
Axşam 1 qarğıdalı yeyin.
Yatmazdan əvvəl 1 çimdik darçın və 1 çimdik zəncəfil əlavə olunmuş 1 stəkan kefir için.
Bu qaydaya uyğun olaraq 3 gün ərzində qidalanın. Gün ərzində 2 l maye (yaşıl çay, su, itburnu dəmləməsi) qəbul edin.
Diaspora