Keşniş orqanizmdəki ağır metalları 80% çıxarmaq gücünə malikdir və onun effekti inanılmazdır.
.Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tərkibindəki antitoksidant xüsusiyyətə görə bu bitki orqanizmi şlaklardan, toksinlərdən və ağır metallardan təmizləmək qabiliyyətinə malikdir.Qaziler.az keşnişin köməyi ilə ev şəraitində orqanizmin təmizlənməsi reseptini təqdim edir:
- 50 qr təzə keşniş gövdəsi (qıçası)
-100 qr təbii alma şirəsi
-100 qr su
-1 çay qaşığı ayrıq bitkisinin tozu
Hazırlanma qaydası:
1.Keşniş gövdəsini yarpaqları ilə birgə xırda doğramaq lazımdır.
2.Sonra bütün inqredientlər blenderdə qatı hala gələnədək qarışdırılır.
Orqanizmi təmizləmək üçün bu içkidən hər gün acqarına yeməkdən yarım saat əvvəl qəbul etmək lazımdır. Müalicə müddəti 42 gündür. Bu kursdan sonra siz orqanizmdə qeyri-adi yüngüllük və enerji yüksəkliyi hiss edəcəksiniz. İldə bir dəfə bu təmizləmə kursundan istifadə etmək olar.