Miqrendən əziyyət çəkənlər mütləq oxusun!

Miqrendən əziyyət çəkənlər mütləq oxusun! backend

Harvard Universiteti alimləri araşdırma nəticəsində aşkar ediblər ki, miqrendən əziyyət çəkən qadınlarda bu pozulmadan əziyyət çəkməyənlərlə müqayisədə ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir.

Qaziler.az bildirir ki, bunu Saglamolun.az yazır.
LiveScience xəbər verir ki, araşdırmada 115 min qadın iştirak edib. Bu qadınların 15 %-i miqrendən əziyyət çəkirdi. Araşdırma göstərib ki, baş ağrılarından əziyyət çəkən qadınlarda ürək-damar sistemi xəstəliklərinin riski 2 dəfə çox olub.
Miqrendən əziyyət çəkən qadınlarda infarkt və stenokardiya kimi pozulmalara daha tez-tez rast gəlinir.
Bundan əvvəl aparılan araşdırmalar göstərib ki, miqren insultun riskini artırır.
Alimlər qadınlara miqrendən passiv şəkildə əziyyət çəkməyi deyil, miqreni müalicə etməyi tövsiyə edirlər.
Diaspora