Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT

Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT backend

Hipertoniya xəstəliyi infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

Qaziler.az Saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən bu xəstəliyi vaxtında aşkar etmək və düzgün müalicə etmək həyati vacibdir.
Hipertoniya xəstəliyinin müalicəsi tək dərman preparatların qəbulu ilə qurtarmır. Bu sadə məsləhətlər sizə təzyiqi normada saxlamağa kömək edəcək:
1. Arıqlayın. Bir çox hallarda hipertoniya artıq çəki və piylənmə fonunda inkişaf edir. Bəzən yalnız bədən çəkisinin azalması təzyiqin tənzimlənməsinə kömək edir.
2. Qidalanmanızda duzu azaldın. Duzun tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bu da təzyiqin qalxmasına səbəb olur. Şorabaları, hisə verilmiş qidaları, konservləri yeməyin. Dəniz duzundan istifadə edin. Onun tərkibində natrium daha azdır.
Qidanın dadını yaxşılaşdırmaq üçün ədviyyatlardan, göyərtilərdən, sarımsaqdan istifadə edin.
3. Yağların qəbulunu azaldın. Yağlı ət, kolbasa-sosis, heyvan piyi qidalanmanızdan çıxarılmalıdır.
4. Tərkibində kofein olan içkiləri (tünd çay, qəhvə, koka-kola, "enerji içkilər") içməyin. Bu içkilər təzyiqin qalxmasına səbəb olur.
5. Kalium, maqnezium, C vitamini ilə zəngin olan məhsulları qəbul edin. Bu qidalar damarları möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bu məhsullar arasında:
- qara qavalı, ərik, balqabaq, kələm, kartof, banan (kalium)
- yulaf yarması ("gerkules"), qarabaşaq, darı yarması, çuğundur, kök, kahı, qoz, cəfəri (maqnezium)
- çaytikanı, sitrus meyvələri, itburnu, qara qarağat (C vitamini)
6. Fiziki aktiv olun. Bədən tərbiyəsi, üzgüçülük, piyada gəzmək hipertoniya zamanı çox faydalıdır.
7. Kifayət qədər yatın.
8. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur. Bu da öz növbəsində təzyiqi qaldırır.
Diaspora