Bizi qocalıqdan və xərçəngdən qoruyan bitkilər - XALQ TƏBABƏTİ

Bizi qocalıqdan və xərçəngdən qoruyan bitkilər - XALQ TƏBABƏTİ backend

Bəzi bitkilərin tərkibində xüsusi "flavonoidlər" maddələri mövcuddur.

Elmdə sübut olunub ki, bu bioloji aktiv maddələrin güclü antioksidant xüsusiyyətləri var.
Flavonoidlər əsl təbii dərmanlardır. Müşahidələr göstərib ki, qidalanması bu maddələrlə zəngin olan ölkələrdə (məsələn, Yaponiya, Fransa və s.) insanlar daha çox yaşayır və onlarda ürək-damar və s. yayılmış xəstəliklərə daha az rast gəlinir.
Flavonoidlərin faydalı xüsusiyyətləri arasında:
- orqanizmin hüceyrələrini dağılmaqdan qoruyur
- qocalma proseslərini ləngidir
- orqanizmi toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir
- ürək-damar sistemini xəstəliklərdən qoruyur
- kapilyarları və damarları möhkəmləndirir
- aterosklerozun qarşısını alır
- qaraciyəri ziyanlı təsirlərdən qoruyur
- immun sistemini möhkəmləndirir
- iltihabəleyhinə təsir edir
- allergiyalardan qoruyur
- xərçəng əleyhinə təsir göstərir.
Flavonoidlərin əsas mənbələri:
- sitrus meyvələrin sedrası (qabığı)
- soğan (xüsusilə qırmızı soğan)
- qaragilə
- kakao, şokolad
- soya
- çaytikanı
- nar
- qara və qırmızı üzüm (xüsusilə qabıqları və çəyirdəkləri)
- qırmızı kələm
- qara və qırmızı qarağat
- moruq
- albalı
- yaşıl çay
- qanqal
- dazı otu
Diaspora