Xalq təbabətində müxtəlif xəstəliklər və iltihabların müalicəsi və profilaktikası məqsədi ilə bal və soğan şirəsindən hazırlanmış çox faydalı qarışıq istifadə olunur.
Qaziler.az Saglamolun.az-a istinadən bildirir ki, bu qarışıq həqiqətən "min bir dərdin dərmanı"dır.Balla soğan şirəsinin faydaları:
- iltihabı azaldır
- orqanizmə mikrob və virus əleyhinə təsir edir
- güclü detoksdur
- immun sistemini gücləndirir
- ağciyərləri mikroblardan və selikdən təmizləyir
- həzm sisteminə antiseptik təsir göstərir, ziyanlı mikrobları öldürür
- damarları təmizləyir
- aterosklerozun, hipertoniya xəstəliyinin, infarktın, insultun profilaktikasıdır
- qurdları öldürür
- xərçəng əleyhinə təsirə malikdir
- kişilərdə potensiyanı gücləndirir
- qadın sağlamlığı üçün faydalıdır.
Soğan şirəsi eyni bərabərlikdə balla qarışdırılır və hər gün 1 xörək qaşığı olmaqla gündə 1 dəfə qida qəbulundan 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu - 1 ay.
Nəzərə lamaq lazımdır ki, bəzi xroniki mədə-bağırsaq sistemi xəstəllikləri zamanı bu qarışığı qəbul etmək olmaz.