Əməköməncinin faydaları - XALQ TƏBABƏTİ

Əməköməncinin faydaları - XALQ TƏBABƏTİ backend

Əməköməncinin çox zəngin tərkibi vardır.

Qaziler.az Sağlamolun.az-a istinadən bildirir ki, tərkibindəki seliyin çoxluğuna görə ağciyər xəstəliklərində bəlğəmgətirici kimi əvəzolunmazdır.
Eyni zamanda həmin selikli maddələr qastritdə, mədə-bağırsaq yaralarında yaranın üzərini həm örtür, həm də sağaldır. Bu zaman əməkömənci dəmləməsi içilir.
Əməkömənci bitkisinin tərkibində bir maddə də var ki, ona "mallivin" deyirlər bu maddə çox güclü mikrob və bakteriya öldürücüdür. Məsələn ağzınızda çoxlu yaralar çıxırsa və gec sağalırsa, boğazınız tez-tez gəlirsə, angina olursunuzsa, bir dəstə əməköməncini çeynəyib suyunu udursunuz, oduncağını isə udmursunuz.
Əməköməncinin içindəki maddələr dəriyə də yaxşı təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yara sağalır.
Üzdəki çivzələri, ləkələri aparmaq üçün təzə əməkömənci stəkanın yarsına qədər tökülür üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.
Təzə əməkömənci yığılır, əzilir və ya ət maşınından keçirilir, keçəllik zamanı, saçtökülmə zamanı saça çəkilir, tərkibində zəngin selik olduğundan kley kimi saça yapışır. Bunu gündə 1 dəfə hər dəfə 4-6 saat başınızda saxlaya bilərsiniz.
Bu bitkinin çox gözəl dovğası ve qutabı olur.
Diaspora