Aralıq dənizi bölgəsində yaşayan qadınların parlaq saçlarının və uzun ömürlərinin sirri çox sadədir: zeytun. Mütəxəssislər bunun səbəbinin zeytunun tərkibindəki vitamin və minerallarla bağlı olduğunu deyir. Zeytunun insan sağlamlığına saysız-hesabsız faydası var. Aile.lent.az həmin faydaları bu cür sıralayır.
Kalsium itkisini mane olurZeytun E, A, D və K vitamini baxımından zəngin bir qidadır. Eyni zamanda kalsium itkisinin qarşısını alır. Uşaqların beyin inkişafına təsirli olan hüceyrələri yeniləyir, qida toxumaları və orqanların yaşlanmasını gecikdirir. Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır. Ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Antioksidandır və qəbizliyin qarşısını alır. Həzm sisteminin işinə köməkçi olan zeytun uşaqlarda sağlam diş inkişafının tamamlanmasını təmin edir.
Gənc görünməyinizə kömək edir
Zeytun yağı əvvəllər yalnız Aralıq dənizi süfrələrinin vazgeçilməz qidası idi. Hazırda isə bütün dünya mətbəxində özünə yer alıb. Zeytun yağının tərkibində yüksək miqdarda doymamış yağ turşuları, E vitamini və fenolik komponentlər var. Bu da bizim daha sağlam yaşamağımızı, daha dinc və dinamik olmağımızı, daha gənc görünməyimizi təmin edir.
İnfarkt və iflicin qarşısını alır
Zeytun yağının bir başqa həyat qoruyucu təsiri də LDL-nin (pis xolestrol) oksidasionunu azaltmasıdır. Beləcə, infarkt və iflicin qarşısını almış olur.
Kəpəksiz və tərtəmiz saçlar
Zeytun yağı istifadəsi dəriyə və saçlara da faydalıdır. Saça tətbiq edildikdə kəpəyin qarşısını alır, tökülməsinə mane olur. Bundan başqa, saçlara parlaqlıq verir. Quru dərini canlandırdığı kimi, qırışların azaldılmasına da təsirlidir. Dəriyə hamar bir gözəllik qatır.
Zeytun yağı sabunu təbii, saf bir təmizləyicidir və bədəni nəmləndirir. Yumşaldıcı və rahatlaşdırıcı təsiri sayəsində dərini və saçları təmizləyərkən yumşaldır, nəmləndirir.
Həzmə xeyirdir
Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün zeytun yağı olduqca faydalıdır. Bunun üçün zeytun yağını isti su ilə qarışdırıb qəbul etmək lazımdır.
Zeytun yağı həzm prosesini də yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.
Eyni zamanda qaraciyərin fəaliyyətinə müsbət təsiri var.
Cinsi fəallığın artırılmasında da zeytun yağı ən yaxşı təbii vasitədir.
Zeytun yağı ilə masaj
Zeytun yağı yorğun ayaqları sakitləşdirər və canlandırar. Zeytun yağının mükəmməl yumşaltma və nəmləndirmə tutumu vardır. Çatlaq və quru ayaqları müalicədə birə-birdir.
Bədən masajı zeytun yağı ilə edildiyində qan dövranını artırır və toxumalara oksigen daşıyır.