Turpun inanılmaz faydaları - XALQ TƏBABƏTİ

Turpun inanılmaz faydaları - XALQ TƏBABƏTİ backend

Turp qaraciyərə faydalıdır və qüvvətləndirir.

Eyni zamanda sarılıq xəstəliyinə, böyrək və öd daşlarının tökülməsinə, revmatizma ağrılarda faydalı olduğu, astma və bronxit kimi tənəffüs yolu xəstəliklərinə effektli təsir edir.

Turp ta qədimdəb bu günə kimi öz dəyəri ilə insan orqanizminə təsiri ilə tərəvəzlərdən seçilir.
İştahanı açan, antioksidant təsirli, diş ətini qüvvətləndirən, ürək və damar sağlamlığında olduqca faydalı olan turp, ağciyər və qalınbağırsaq xərçənginə də qarşı təsirləri var.
Tərkibindəki bol miqdarda kalium, fosfor, kalsium, dəmir, vitamin K və purin, maddələr mübadiləsisini sürətləndirir, qanı təmizləyir.

Kosmetik cəhətdən də turp qadınların köməyinə çatır. Dərini təzələyir, saçlara canlılıq verir.
Turp, tərkibində yüksək dəmir və fol turşu olduğundan anemiya (qansızlıq) riskini də azaldır. Həmçinin tərkibindəki kalium ,yüksək təzyiqin aşağı düşməsinə effektlidir.

Daim qidaların yanında turp yemək artıq çəkiyə qarşı mübarizə aparır.

Qara və ağ turpun içinə bal qoyub öskürək üçün istifadə etmək məsləhətdir. Qara turp həmçinin orqanizmdən duzların əriməsinə də kömək edir.

Turpun mənfi təsiri varmı ? turpda yod sorulması zəifdir. Ona görə zob xəsətlərinə çox yemək məsləhət deyil.
Diaspora