İdmançılar daim gümrah qalmalarını fiziki fəallıqla yanaşı, həm də xüsusi qidalanmaya borcludur.
Xüsusilə vitamin və mineral qaynağı olan içkilərə.Qaziler.az Sağlamdünya.com-a istinadən bildirir ki, sadə ev şəraitində hazırlaya biləcəyiniz bu içkilər bədəndəki vitamin çatışmazlığını rahat aradan qaldıracaq, damaq dadınızı dəyişəcək.
Xiyar, ispanaq, qırmızı bibər, razyana
Xiyardakı su yay aylarında itirdiyimiz suyu bərpa etmək üçün son dərəcə faydalıdır. Qaz və mədə problemi olanlar üçün yaxşı vasitədir.
Nanə, Kələm, Limon
Bu qarışıq həzm sistemimizi tənzimləyir, vitamin əksikliyini aradan qaldırır. Xusüsilə nanə mədə əzələlərini rahatlaşdırır.
İspanaq, cəfəri, kərəviz, xiyar, zəncəfil, limon
A, C, K vitaminləri ilə zəngin olan bu içki idmandan sonra əzələ ağrılarını azaldır.