Müasir insanlar qidanın dadına və xarici görünüşünə xüsusi diqqət yetirir.
Lakin bir çox dadlı yeməklər insan orqanizmi üçün heç də faydalı deyil.Əksinə isə "tullantı" kimi qəbul etdiyimiz bəzi məhsullar orqanizm üçün əsl dərmandır.
Qaziler.az Sağlamdünya.com-a istinadən bildirir ki, yarmalardan (buğa, arpa və s.) un hazırlandıqda yarmalar xüsusi emaldan keçir və bütün "lazım olmayan" qişalardan, rüşeymlərdən və s.-dən təmizlənir. Nəticədə biz sevdiyimiz ağappaq un əldə edirik. Lakin, təəssüf ki, bu un və ondan hazırlanmış dadlı yumşaq çörək və s. məmulatlar artıq kalorilərdən əlavə, bizə, demək olar, heç nə vermir. Yarmaların bütün faydalı maddələri məhz "lazım olmayan" buğda və s. yarmaların kəpəyində qalır.
Kəpək çox faydalı müalicəvi məhsuldur. Qidalı liflərlə zəngin olan kəpək bağırsaqlarımız üçün əsl dərmandır. Bağırsaqlara düşdükdə kəpək burada yığılmış toksinləri, şlakları və s. ziyanlı maddələri özünə "qubka" kimi hopdurur və çölə çıxardır. Bunun nəticəsində bağırsaqlar yaxşı təmizlənir.
Kəpək bağırsaqların mikroflorasını yaxşılaşdırmaq və bərpa etmək xüsusiyyətinə malikdir. Disbakteriozdan əziyyət çəkənlar istənilən duru qidalara (sup, sıyıq) və tərəvəz salatlarına 1-2 çay qaşığı kəpək əlavə edə bilərlər. Bu disbakteriozun müalicəsində çox yaxşı kömək edəcək.
Ýmumiyyətlə sağlam insanlar da buğda kəpəyinin müalicəvi və profilaktik xüsusyyətlərindən istifadə edə bilərlər.
Kəpək qəbizliklə mübarizədə ən yaxşı təbii vasitələrdən biri sayılır. Kəpək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkən insanlar üçün təbii müalicəvi vasitənin resepti - 1 stəkan qatığa 1 xörək qaşığı kəpək əlavə edin, qarışdırın və qəbul edin.
Bir çox hallarda qəbizlikdən əziyyət çəkən insanlarda babasil inkişaf edir. Bu səbəbdən bağırsaqların vəziyyətini yaxşılaşdıran kəpək həmçinin babasilin profilaktikasında da kömək edir.
Xroniki qəbizlikdən əziyyət çəkən insanlarda düz bağırsağın xərçəng xəstəliyinin riski artmış olur. Düz bağırsaqda yığılan və tərkibində toksinlər və s. ziyanlı maddələr olan nəcis kütlələri vaxtında orqanizmdən çölə çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isə düz bağırsaq xərçənginin riskini artırır.
Kəpək ürək-damar sistemi üçün də çox faydalıdır - orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.
Buğda kəpəyinin daim qəbulu dərinin, saçların, dırnaqların vəziyyətini yaxşılaşdırır, sinir və immun sisteminə müsbət təsir edir.
Gün ərzində 2-3 xörək qaşığı buğda kəpəyini qəbul etmək olar.
Buğda kəpəyinı iri supermarketlərdə tapmaq olar.
Nəzərə almaq lazımdır ki, buğda kəpəyi bəzi mədə-bağırsaq sistemi xəstəliklər zamanı ziyan vura bilər. Bu xəstəliklər arasında - mədə və 12 barmaq bağırsağı xorası, xoralı kolit və s.
Sağlam olun