ATƏT PA-nın prezidenti: “Davamlı toqquşmaların səbəb olduğu insan itkiləri dözülməzdir”

ATƏT PA-nın prezidenti: “Davamlı toqquşmaların səbəb olduğu insan itkiləri dözülməzdir” backend

ATƏT Parlament Assambleyasının Büro iclasının ardınca assambleyanın prezidenti İllka Kanerva, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigenin qurumun Dağlıq Qarabağ münaqişəsində davamlı atəşkəsin əldə edilməsi və münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirəcəyini bildiriblər.

Qaziler.az bildirir ki, APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, assambleyanın prezidenti İ. Kanerva bildirib ki, toqquşmaların tamamilə dayandırılması hamının marağındadır.

“Tərəfdaşlarım və mən toqquşmaların tamamilə dayandırılması ilə bağlı həmfikirik. Davamlı toqquşmaların səbəb olduğu insan itkiləri dözülməzdir. Biz münaqişənin sülh yolu ilə həllini tapması üçün bu toqquşmalardan əziyyət çəkən insanlar qarşısında borcluyuq”-deyə İ. Kanerva qeyd edib.

ATƏT PA-nın Büro iclasında K. Vigeninin münaqişə zonasında baş verən hadisələrlə bağlı məruzəsi dinlənilib.

“Son həftələrdə zorakılığın əhəmiyyətli artımı siyasi prosesə qayıtmağın vacibliyini vurğulayır. Birbaşa səylər toqquşmaların qarşısını almağa yönəlsə də, Minsk qrupu çərçivəsində münqişənin sülh yolu ilə həllinə nail olmaq üçün hər iki tərəflə parlamentlər səviyəsində işləri davam etdirəcəyik. Etimad quruculuğu tədbirləri bu istiqamətdə mühüm addım ola bilər və biz bu istiqamətdə yardım etmək üçün hazırıq”.

Prezident İ. Kanevra və xüsusi nümayəndə K. Vigenin Minsk qrupu çərçivəsində və həmsədrlərin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı fəaliyyətləri dəstəklədiklərini bildiriblər.

K.Vigenin, həmçinin, Ermənistan və Azərbaycandan olan parlamentari həmkarları ilə bu məsələ ilə bağlı əlaqə saxlayacağını və müzakirələrin assambleyanın bu ilin iyulunda Tiflisdə keçiriləcək 25-ci sessiyada müzakirə ediləcəyini bildirib.
Diaspora