Böyrək, ürək, vərəm və digər xəstəliklərin qənimi - XALQ TƏBABƏTİ

Böyrək, ürək, vərəm və digər xəstəliklərin qənimi - XALQ TƏBABƏTİ backend

Mərəçüyüd, quşqonmaz, qulancar kimi tanıdığımız bitkinin əsl vaxtıdır.

Bazarlarda bitki ilə rastlaşırıq, ancaq tərkibindən, keyfiyyətindən xəbərimiz yoxdur. Bu bitkinin 100 qr-ı :
20 – kalori
Yağı – 0.1q
Xolestrol – 0mq
Sodyum – 2mq
Potasium – 202mq
Karbohidrat – 3.9q
Diet lifi – 2.1g
Şəkər – 1.9q
Protein – 2.2q
A vitamini – 756İU
Kalsium – 24mq
D vitamini
B12 vitamini
C vitamini – 5.6mq
Dəmir – 2.1mq
B6 vitamini – 0.1mq
Maqnezium – 14mq

Dadına, ləzzətinə və qidalılığına görə çox qiymətlidır. Kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin-böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərinə malikdir.
Qidalılıq və dərman əhəmiyyətinə görə dərman, topayarpaq qulançar ən geniş istifadə olunur. Tərkibində yüksək dərəcədə A vitamini qocalmanın qarşısını alır, ömrü uzadır. A vitamini insanın aktivliyinə malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatışmaması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qabiliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yolxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-bağırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur. Karotinoidlər antimutagen, antikonsirogen, antiradiant aktivliyinə malik olmaqla, müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Onlar orqanizmin qocalmasının qarşısını alır. Karotinoidlər yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onlarm saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir.
Qulançar aşağıdakı xəsətliklərə çox yaxşı təsir edir.

Vərəm xəstəliyi: Bu xəstəliyə düçar olanlar yemək rasionunda qulançardan istifadə etməsi məsləhətdir. Çin təbabatində bitkinin köklərinin dəmləməsindən sidikqovucu, orqanizmin tonusunun yaxşılaşdırılması, hərarətin salınması, qan dövranının tənzimlənməsi, yel, şəkər və vərəm xəstəliyinin müalicəsində istifadə olunur. Mərəçüyüdün qurudulmuş köklərindən 3 xörək qaşığı, götürüb xırda doğranılır, ilıq suda yuyulur üzərinə 3 stəkan qaynar su əlavə edib, vam odun üzərində 5-7 dəqiqə dəmləyərək, süzüb təmiz şüşə qaba tökülülür. Yeməkdən 15 dəqiqiə əvvəl səhər - axşam 1 xörək qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir.

Böyrək xəstəlikləri: Böyrək orqanizmdə ən həssas orqan olub, hər insanın öz yumruğu boyda olmaqla, ümumi çəkinin 200 qramını təşkil edir. Tez xəstələnir və tez də müalicə oluna bilir. Hələ lap qədimdən bir çox ölkələrdə – Çində, Bolqarıstanda, Fransada, Qulançarın tər zoğlarından, köklərindən böyrək xəstəliklərinin müalicəsində istifadə etmişlər. Azərbaycanm bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Böyrəklərdə ağrılar, iltihabı proseslər, sancılar olarsa, qulançarın qurumuş köklərindən 3 qr, gicitkan yarpağından 1 qr, əvəlik kökündən 1 qr, itburnu meyvələri və bağayarpağından hərəsindən 2 qr və qatırquyruğundan 5 qr götürüb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 200 ml qaynar suya töküb və 30 dəqiqə dəmlənilir. Sonra onu süzüb təmiz şüşə qaba tökülür. Yeməkdən 10 dəqiqə əvvəl bir xörək qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı olar ki, bu müalicə payız və yaz aylarında aparılsın.

Sidikqovucu xüsusiyyəti: Toxumlarından 30 ədəd götürüb həvəngdəstədə əzib toz halına salınır. Əzilmiş tozdan və qatırquyruğundan hərəsindən 1 çay qaşığı götürüb 100 ml qaynar suya tökür və qarışdırıb vam odun üzərinə qoyurlar. Qaynamağa imkan vermədən 50 dəqiqə dəmlənilir. Sonra süzüb təmiz şüşə qaba tökülür. Səhər, axşam yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir. Giləmeyvələri də sidikqovucu xassəyə malikdir. 1 xörək qaşığı giləmeyvəsini 1 stəkan qaynar suda dəmləyib 50 qr içmək məsləhətdir.

Sidik kisəsi daşının tökülməsi:100qr qurudulmuş köklərini yuyub xırda doğrayaraq, 200 qr qaynar suda 30 dəqiqə dəmləyir və süzüb təmiz şüşə qaba yığılır. Yeməkdən 30 dəqiqə qabaq ilıq halda səhər- axşam 50 qr. qəbul edilir. Yaxşı olar ki, qəbuldan 1 gün sonra isti vanna qəbul edilsin. Vanna qəbul edərkən vannanın içində dizdən bükməklə qarına doğru 20 dəfə aram-aram dartmaq lazımdır. Sidiyə gedən zaman daşın düşməsini yoxlamaq üçün bankadan istifadə etmək məsləhətdir.

Şəkər xəstəliyinə qarşı: Bitkinin cavan zoğları yuyulub təmizlənir, xırda doğranır və ondan 3 çay qaşığı götürərək üzərinə 1 stəkan qaynar su əlavə edir dəm almaq üçün ağzı örtülür. Yaxşı dəm almaq üçün stəkanı yun parçaya bükmək məsləhətdir. 2 saatdan sonra səhər- axşam ac qarnına 1 xörək qaşığı qəbul edirlir.
Qan təzyiqi xəstəliyinə qarşı: Sınaqdan keçirilmiş təcürbələrin nəticələri göstərir ki, vena qan damarına asparagin,qulançar cövhəri vurulduqda qan təziqini aşağı salır. Bitkinin kökündən, kökümsovundan götürüb yaxşı-yaxşı yuyub təmizlənir, xırda doğranılır, 3 çay qaşığı götürüb, 2 stəkan qaynar suda 30 dəqiqə dəmlənilir. Süzüb səhər- axşam ac qarına 2 xörək qaşığı qəbul edilir.

Yel xəstəliyi - qurudulmuş kökümsovları,isti su ilə yuyub, sonra xırda doğrayıb 3 xörək qaşığına 200 qr. suda dəmləyirlər. Bu dəmləməni səhərlər yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir.
Baş tükünün tökülməsi - qurudulmuş kökün isti suda yuyulur, xırda doğrayıb 2 xörək qaşığı götürüb 200 qr qaynar suda dəmlənilir. Dəmi süzüb təmiz stəkana tökürlər. Sonra təmizlənmiş giləmeyvəsindən 2 xörək qaşığı, qurumuş gicitkan yarpağmdan 3 xörək qaşığı və gülxətmi çiçəyinin qurusundan 2 xörək qaşığı götürüb, bu dəmin üzərinə əlavə edib təkrar dəmlənilir. Dəm hazır olanda pambıqla saçın diblərinə hopdurulur, başı isti dəsmalla bağlayıb, 30 dəqiqədən sonra ilıq su ilə yuyulur. Yaxşı olar ki, bu əməliyyat payız və yaz aylarnda başın tükü tökülməyə başlayanda aparılsın. Müalicə kursunu 10 gün davam etmək məsləhətdir.

Ürək – damar xəstəlikləri: Bitkinin qurudulmuş köklərindən 150 qr. götürüb qaynar suda yuyub, xırda doğrayıb 200 qr. qaynar suda dəmlənilir. Süzüb səhər – axşam acqarnına 1 xörək qaşığı qəbul edilir. Bu damarların kirəcləşməsinin qarşısını almaqla, ürək ağrılarna kömək edir.
Diaspora