Amerikalı dietoloqların fikrincə, qida rasionunda paxlalı bitkilərin (lobya, noxud, mərci və digər) mütəmadı istifadəsi artıq çəkinin davamlı azalmasına və nəticənin sabit saxlanmasına gətirir.
Trend xəbər verir ki, bu barədə "The American Journal of Clinical Nutrition" jurnalı yazır.
Alimlər tərəfindən məsləhət edilən paxlalı bitkilərin porsiyası fincanın ücdə biri (130 qram) təşkil edir. Bu miqdar 6 həftə ərzində 340 qram artıq çəkidən azad olmağa kifayətdir. Paxla bitkilərinin gündəlik istifadəsinin dayandırılması isə çəkinin artmasına səbəb olmur.
Təhqiqatlarda alimlər 21 kliniki sınaqların metaanalizini keçiriblər. Ümumilikdə isə təhqiqatlarda 940 kişi və qadın iştirak edib. Hər bir iştirakçı gündəlik qida rasionuna paxlalı bitkiləri əlavə edib və orta hesabla 6 həftədən sonra 340 qram çəki itirib.
Alimlərin fikrincə, paxla bitkiləri qandakı xolesterin miqdarını da azaldır.