Faydalarını bilsəniz, qabığını zibilliyə atmazsınız

Faydalarını bilsəniz, qabığını zibilliyə atmazsınız backend

Bir çox qidaların faydaları haqqında çox danışılıb. Bunlardan biri də limondur. Limonun saysız faydasında qabığının da təsiri var. Aile.lent.az limon qabığının faydaları ilə sizi də tanış edir.


Limon qabığı tort və keks bişirərkən ətir, xoş qoxu verməsi üçün istifadə edilir. Bu, istisna olmaqla limon qabığını digər faydalarından yararlanmadan zibil qabına atırıq. Əslində limon qabığının o qədər çox faydası var ki, bu faydaları bilsəniz, qabıqları atmaqdan imtina edərsiniz.

Limon qabığı ilk növbədə dəri xərçəngi riskinin qarşısını alır. Araşdırmalar zamanı limon qabığında olan "D-limonene" adlı maddənin dəriyə çox güclü təsiri olduğu sübut edilib. Limon qabığındakı bu maddə şişin inkişafına maneə yaradaraq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan bir komponentdir. Amerikada ildə 200 mindən çox insan dəri xərçənginə tutulur. Bu problem son illər bir çox ölkələrdə də artıb. Dəri xərçəngi günəş parladığı hər yerdə özünü göstərə bilər. Üzdə, qulaqda, əllərdə və dodaqlarda meydana gələ bilər. Limon qabığındakı "D-Limonene" sayəsində bu riski azaltmaq sizin əlinizdədir.

Ürəyi rahatladır: Limon qabığı eyni zamanda sinir sisteminə müsbət təsir edər, bakteriyaları öldürür və ürəyi rahatladır. Araşdırmalardan biri sübut edib ki, limon qabığı qadınların yumurtalıq xərçəngi riskini də aşağı salır. Limon qabığının bu xüsusiyyəti tərkibində olan polifenol maddəsindən qaynaqlanır.

Qaraciyərə faydalıdır: Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün əvəzedilməzdir. Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırar və bəlğəm sökdürücü təsiri vardır.

Sinirləri sakitləşdirir: Ürək xəstəlikləri və xərçəngin qarşısını almaqda faydalıdır. Xüsusilə dəri xərçənginə qarşı bir qalxan meydana gətirir. Dərini gözəl, təravətli edir və sinirləri sakitləşdirmək xüsusiyyətinə də malikdir.

Limon qabığından belə istifadə edin:

1. Limon qabıqlarını yeməklərə az miqdarda qata bilərsiniz.
2. Qabıqları çayınıza əlavə edərək çayı daha çox dadlandıra bilərsiniz.
3. Makaron sousuna limon qabığı rəndəsi əlavə etmək yaxşı bir alternativ ola bilər.
4. Rəndələdiyiniz limon qabıqlarını salatınıza, hazırladığınız keks, tort və peçenyelərə də əlavə edə bilərsiniz.
Diaspora