Şəkərli diabetlə bağlı əmr imzalandı

Şəkərli diabetlə bağlı əmr imzalandı backend

Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalayıb. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.


Xəbərdə deyilir ki, əmrdə şəkərli diabet üzrə “2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həmin illər üzrə fəaliyyət planı təsdiqlənib. Fəaliyyət planı üzrə işracı qurumların rəhbərlərinə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli həyata keçirilməsini təmin etmək və görülən işlər barədə nazirliyə məlumatlar vermək tapşırılıb.

Qeyd edək ki, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə görüləcək tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub.
Diaspora