Əgər mütamadi olaraq balqabaq yeyilərsə qaraciyəri müalicə etmək olar.
Balqabaq qaraciyəri təmizləyir və onu əvvəlki vəziyyətinə qaytarır.Bəs balqabağın xeyirli olması üçün onu necə yemək lazımdır?
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, balqabaq və zeytun yağından olan salatlar yemək xeyirlidir.
Salat belə hazırlanır: balqabağı dilimlərə bölür və bu dilimləri sürtgəcin iri gözündən keçirmək lazımdır. Sonra sürtgəcdən keçirilmiş balqabağın üzərinə zeytun yağı gəzdirib beş dəqiqə gözləmək lazımdır. Bu salatı səhərlər acqarına yemək çox faydalıdır.
Balqabağı təzə göyərtilərlə sobada bişirmək də olar (bu, hətta, vacibdir). Bişirilmiş balqabaqda çoxlu qlükoza və vitaminlər var.