Leyden Universitetinin Tibb Mərkəzinin (Niderland) mütəxəssisləri əmindirlər ki, yediyimiz ərzaq və dərimizin zahiri görünüşü arasında güclü əlaqə var.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Holland alimləri qanda sirkulyasiya edən şəkərin miqdarının insanın zahiri görünüşünə neçə təsir etdiyini ilk dəfə araşdırıblar. Nəticələr göstərib ki, insan nə qədər çox şəkər yeyirsə, bir o qədər yaşlı görünür. Ekspertin sözlərinə görə, rasionda karbohidratların çox olması nəticəsində şəkər molekulları dərinin elastikliyinə cavabdeh olan hollagen zülalı molekulları ilə əlaqəyə girir. Məhz buna görə tədqiqatçılar konfet, südlü şokolad, şirniyyat, habelə ağ düyü və un məmulatını rasiondan çıxarmağı məsləhət görürlər, çünki bu ərzaqlar dərinin xarici görünüşünə və cavanlığına mənfi təsir göstərə bilər.Mütəxəssislər dərinin gözəl və cavan qalması üçün daha çox meyvə, tərəvəz, balıq və lazımlı vitamin, mikroelementlər və sellülozla zəngin olan faydalı yağlar yeməyi məsləhət görürlər.