İspaniyanın Qranada Universitetinin tədqiqatçıları depressiyanı bütün orqan və sistemləri pozan sistemli xəstəlik kimi nəzərdən keçiriblər.
AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, alimlər təqribən 4 min adamın iştirakı ilə keçirilən 29 qlobal tədqiqatın təhlili əsasında bu qənaətə gəliblər.Depressiyaya düşən insanın orqanizmində nələr baş verdiyini öyrənmək istəyən alimlər müəyyən ediblər ki, bu cür psixiki sapma onkoloji və ürək-damar xəstəliklərinin inkişafı ehtimalını xeyli artırır. Depressiya həm də ömür müddətini azaldır. Ola bilsin, bu, təkcə xəstəliklər üzündən baş vermir, intiharlar da müəyyən rol oynayır.
Depressiyaya düşən adamın toxumalarında təhlükəli birləşmələrin, xüsusən malonil dialdehidin konsentrasiyası artır. Antioksidantlar, sink, superoksiddismutaza kimi qoruyucu maddələrin isə fəallığı, əksinə, zəifləyir. Mütəxəssislər hesab edirlər ki, bu məlumatlar depressiyanın müalicəsinin və profilaktikasının yeni üsullarının yaradılmasına kömək edəcək.