Tərkibi iynəyarpaqlı ağacın iynələri və itburnu meyvəsindən olan müalicəvi cövhər ürək-damar sisteminin normal fəaliyyətini bərpa edir, damarları təmizləyir, insult , infarkt və onkoloji xəstəliklər riskini əhəmiyyətli dərəcədə aşağı salır, maddələr mübadiləsini normallaşdırır.
Bundan başqa, bu ümumi qüvvətləndirici vasitə sizin sağlamlığınızın uzunmüddətli qorunmasına kömək edəcək.Qaziler.az xarici mətbuata istinadən bu cövhərin hazırlanma qaydasını təqdim edir:
İynəyarpaqlı və itburnu meyvəli müalicəvi çövhər:
Şam ağacının xırdalanmış iynələri on xörək qaşığı (istənilən iynəyarpaqlı ağacın iynələri götürülə bilər) götürülür, üzərinə yarım litr nisbətən isti su və xırdalanmış itburnu meyvəsi əlavə edilir, qarışığı qaynama dərəcəsinə gətirin və vam od üzərində 10 dəqiqə saxlayın. Od üzərindən götürülmüş dəmləməni termosa tökün, 8-10 saat saxlayın, süzün və soyudun. Müalicəvi dəmləməni gün ərzində yeməkdən yarım saat əvvəl 150 ml qəbul etmək lazımdır.