Dünyada uzunömürlülükləri ilə seçilən yaponların sağlamlığına digər ölkələrdə yaşayanlar qibtə edirlər.
Sən demə, qibtə etməyə vaxt itirmək axmaqlıqdır və şərq müdrikliyinə əsaslanaraq hər kəs sağlamlığını istənilən vaxt bərpa edə bilər.Əhval-ruhiyyəni yaxşılaşdırmaq və bir çox xəstəliklərdən qorunmaq üçün hər səhər su içmək yetərli imiş.
Yaponiya Tibb Assosiasiyasından səhərlər su içməyin müalicəvi effektini təsdiqləyiblər: baş ağrılarının müalicəsi, ürəkdə problem, bronxit, mədə pozğunluğu və digər xəstəliklərdə özünün möcüzəvi təsirini göstərir.
Su ilə müalicə
1. Səhərlər acqarına 4 stəkan su iç. Bu, orqanizmin tamamilə təmizlənməsi üçün çox vacibdir.
2. Səhər su içəndən sonra 45 dəqiqə ərzində heç nə yemə və heç nə içmə. Lakin dişlərini fırçalaya bilərsən.
3. 45 dəqiqədən sonra səhər yeməyi ye. Diqqət et: əgər sən səhər su içməklə sağlam qidanı uyğunlaşdıra bilsən effekt daha yaxşı olacaq.
4. Səhər yeməyindən sonra 2 saat ərzində nəsə yemək və içmək olmaz.
Əgər sən 4 stəkan suyu birdən-birə içə bilmirsənsə, özünü məcbur eləmə. Azdan başla: əvvəlcə 1-2 stəkan iç. Sən özünü sağlam hiss edəcək və eksperimenti davam etdirmək istəyəcəksən.
Bol su içmək nəinki əhval-ruhiyyəni yaxşılaşdırır, həmçinin, xəstəlikdən əziyyət çəkənlərin iztirabını yüngülləşdirir. Su ilə müalicə asan olduğu qədər effektlidir.
Bu yapon metodundan istifadə etməklə sən yüksək təzyiq problemini həll edə bilər, diabet xəstələrinin 30 gün ərzində vəziyyətləri yaxşılaşar, 10 gün ərzində qastrit unudular, orqanizmdən toksinlər və şlaklar dəf olar.