Dişlərdəki qəhvəyi və sarı qatı ev şəraitində yox etmək mümkündür.
Diş daşları hər kəs üçün problem yaradır və stomatoloqlar onun aradan qaldırılması üçün müxtəlif üsullar təklif edirlər. Lakin elə üsul var ki, heç də digərlərindən pis deyil. Bu zaman hətta, qənaət etmiş olursunuz.Diş daşlarını necə yox etmək olar?
Sizə lazımdır:
- 40 qram qoz qabığı
- 1 stəkan su
TƏTBİQİ
1.Qabığı 20 dəqiqə ərzində qaynadın. Soyuyandan sonra qarışığı süzün.
2. Diş fırçanızı 10 dəqiqə ərzində bu qoz həlimində isladın. Sonra bununla dişlərinizi yaxşıca sürtün.
3. Bu proseduranı gün ərzində 3 dəfə təkrarlaya bilərsiz. Proseduranı diş daşları tamamilə yox olana qədər davam etdirmək lazımdır.
Tam 2 həftədən sonra nəticə sizi sevindirəcək.
Qeyd edək ki, qoz qabığı güclü antibakterial vasitədir. O, həmçinin, diş emalının üstünü xoş olmayan qatdan təmizləməyə kömək edir. Bu prosedura damaq qanamasından əziyyət çəkənlər üçün xeyirlidir: soyuqdəymə tezliklə keçir.