550 nəfər “donuz qripi“ şübhəsi ilə müayinə olunub

550 nəfər “donuz qripi“ şübhəsi ilə müayinə olunub backend

“Ölkədə donuz qripi - A( H1N1) virusu ilə bağlı vəziyyət hələ də stabildir”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova deyib.

Şöbə müdiri qeyd edib ki, “donuz qripi” virusuna qarşı profilaktik nəzarət tədbirləri, dezinfeksiya işləri davam etdirilir: “2016-cı ilin ilk ayından bu günə qədər 550 nəfər şübhəli xəstədən yaxma nümunəsi götürülüb. Müayinələr zamanı kəskin respirator viruslar, qrip aşkarlansa da, "donuz qripi"nə rast gəlinməyib. Hazırda ölkədə epidemik qriplə bağlı vəziyyət stabildir”.
Diaspora