Xalq təbabətində istifadə olunan vasitələr müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün bəzən kimyəvi maddələrdən daha xeyirli olur.
Qaziler.az bildirir ki, orta əsrlər xalq təbabətində işlənən mədə xəstəlikləri zamanı istifadə olunan vasitələr bunlardır.Xiyar və təzə keşniş suyu mədə şişini sağaldır.
Mərci, nar qabığı və qızılgülü balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox faydalıdır.
Kitrə və kərəviz toxumunu bala qatıb yemək təsirli dərmanlardan sayılır.
Mədə şişi susuzluq, ürək bulanması və temperaturla olarsa qarına heyva yağı sürtmək məsləhətdir.
Mədə şişi zamanı çox gərəkli sayılan dərmanlardan biri bu qayda üzrə hazırlanır: mərsin yarpağı və heyvanın suyunu çıxarır, alma, gülab, səndəl və gül yağından düzəlmiş mum ilə qarışdırır, sonra qoyun dərisini həmin məhlula batırıb mədə üzərinə qoyurlar.
Mədəyə qan sızılıb laxtalanarsa, dovşan qursağı və ya üzüm sirkəsi işlətmək məsləhətdir.
Bu baxımdan nanə suyunu şəkərlə qatıb içmək də faydalıdır.