Niyə yaponlar hamıdan çox yaşayır? UZUNÖMÜRLÜLÜYÜN SİRRİ

Niyə yaponlar hamıdan çox yaşayır? UZUNÖMÜRLÜLÜYÜN SİRRİ backend

Bu gün 55 minə qədər yapon 100 yaşı ötüb, 15 ildən sonra Yaponiyada 100 yaşlı uzunömürlülər milyon nəfərdən çox olacaq.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, dünyada bu qədər uzunömürlü insan dünyanın heç bir ölkəsində yaşamır.

Kimsə belə bir fikir irəli sürə bilər ki, yaponlar çiy balıq və yosun yediklərinə görə uzunömürlüdürlər. O şəxs haqlı deyil. Çünki dünyada, xüsusilə də isti okeanların sahilində məskunlaşmış ölkələrin yerli sakinləri səhərdən axşama kimi dəniz məhsulları, meyvə-tərəvəz yeyir, lakin yaponlardan iki dəfə az yaşayırlar.

Uzunömürlülüyün sirri ondadır ki, yaponlar dünyada yeganə millət olaraq başqaları ilə ünsiyyətdə olanda həmsöhbətinin əhval-ruhiyyəsini korlamağa çalışmır. Yer kürəsində Yaponiya qədər pozitiv ikinci ölkə tapmaq çətindir.

Elə buna görə də biz bu dövlətdən əsl iqtisadi möçüzələri görürük. Halbuki onların düyü əkməyə, şəhər salmağa torpaqları belə yoxdur; onların təbii sərvəti heç yoxdur.

Bununla belə yaponlar dünyanın ən varlı xalqıdır. Yaponiyada orta əməkhaqqı 3,5 min dollardır. Mən sizə niyə bu qəribə nailiyyətlərdən danışıram? Məsələ ondadır ki, bütöv bir ölkənin uğurunun sirri yaponların hər şeydən öncə öz fikirlərini nəzarətdə saxlamağı öyrənmələri ilə bağlıdır. Onlar gözəl başa düşürlər ki, neqativ düşüncələr nəinki müsahibinin əhval-ruhiyyəsini, eyni zamanda, onun sağlamlığını, gələcəyini korlayır. Ona görə də onlar dillərindəki “yox“ kəlməsini atıblar.

Təəssüf ki, əksər ölkələrin insanları başa düşmür ki, onların fikirləri -toxumdur və bu toxumdan onların, uşaqlarının, firmalarının, ölkələrinin gələcəyi cücərir.
Diaspora