Alimlər hesab edirlər ki, sıxıntı insan üçün təhlükəlidir.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC “medvesti.ru” saytına istinadla xəbər verir ki, “Guardian” nəşri öz məqaləsində sıxıntının insana təsirini araşdıran müasir tədqiqatları birləşdirməyə cəhd edib.Bu vəziyyətin mənfi və müsbət cəhətləri var. Britaniya jurnalı yazır ki, 25 illik tədqiqat müddətində alimlər Londonun 25-55 yaş arasında sakinlərini müşahidə ediblər. Məlum olub ki, sıxıntının yüksək səviyyəsində insanı ölümə yaxınlaşdıran əlavə təhlükə yaranır. Alimlərə sıxıntıdan daha çox şikayətlənən adamlar gənc yaşlarında ölüblər.
Sıxıntı birbaşa depressiya və süstlüklə bağlıdır. Alimlər sıxıntı nəticəsində insanda ürək-damar sistemi xəstəliklərinin və şəkərli diabetin inkişaf ehtimalının artmasından danışırlar. 2014-cü ildə Mərkəzi Lankaşir Universitetinin tədqiqatçıları insanların çoxunun sıxıntıya əsl cəza kimi yanaşmasını müşahidə ediblər. Digər hallarda sıxıntı müsbət təsir edib, insanlarda yaradıcı təfəkkür oyanıb. Lakin bu, iş vaxtı sıxıntının qısa müddət davam etdiyi hallarda baş verib.