Qurudulmuş əncirin inanılmaz faydası - SAĞLAMLIQ RESEPTİ

Qurudulmuş əncirin inanılmaz faydası - SAĞLAMLIQ RESEPTİ backend

Əncir meyvəsi həm təzə, həm də qurudulmuş halda xeyirlidir.

Təəssüf ki, qurudulmuş əncirdən hazırlanan və bütün orqanizmin müalicəsini nəzərdə tutan resepti hamı bilmir.

Əgər sizin mədənizdə problem və yaxud yüksək xolestrin varsa mütləq bu effektli təbii dərmanı qəbul edin.

1.Əncir mədə-bağırsaq fəaliyyətini qaydaya salmaqda kömək edir. Əncirdə olan yüksək sellüloz arıqlamağa yardım edir və orqanizmi şlaklardan təmizləyir.

2.Əncir çox asan həzm olunan kalsiumla zəngindir. O, laktoza dözümsüzlüyü olan insanlar üçün əvəzedilməzdir.

3.Əncirdə olan kalium ürəyi möhkəmləndirir. Bu meyvədə, həmçinin, immuniteti qaldıran və ümumi sağlamlığa kömək edən çox miqdarda antioksidant var.

4.Əncir dərinin ümumi vəziyyətini və onun rəngini yaxşılaşdırır. Yuxusuzluq və səhərlər baş verən ürək bulanmalarına qarşı əla vasitə hesab edilir.

Qaziler.az inanılmaz dərəcədə faydası olan bu resepti təqdim edir.

Əncirdən hazırlanan təbii dərman

İnqrediyentlər:

40 ədəd əncir meyvəsinin qurusu
Zeytun yağı

Hazırlanması

Bankanın içərisinə qoyduğunuz 40 ədəd quru əncirin üzərinə zeytun yağı əlavə edin. Bankanın ağzını qapaqla bağlayın. Ənciri bir aydan bir az artıq olmaqla soyuducuda saxlayın.
40 gündən sonra təbii dərmanı qəbul etmək olar: yağda olan qurudulmuş əncirin hər gün bir dənəsini acqarına yemək sağlamlığı mıhkəmləndirir, orqanizmdə olan problemləri həll edir.
Yağda olan əncir qurusu insan orqanizmi üçün mükəmməl, xeyirli vasitədir.
Diaspora