2015-ci il iyunun 1-dən dekabrın 31-dək 84 min 600 nəfər nikahdan əvvəl tibbi müayinəyə cəlb edilib. Lent.az-ın məlumatına görə, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Z. Əlimirzəyevanın sözlərinə görə, müayinədən keçənlərin 5534 nəfərində talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkarlanıb. Z.Əlimirzəyeva əlavə edib ki, 2016-cı ilin ilk ayı, yəni yanvar ayı ərzində tibbi müayinədən keçən 9 min 800 nəfərdən 246 nəfərdə talassemiya, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanılb.
Bildirək ki, müayinələrin keçirilməsində əsas məqsəd evliliklərdə xəstə uşaqların, əsasən talassemiyalı uşaqların doğumunun qarşısını almaqdır və ötən ilin iyunun 1-dən etibarən ailə qurmaq istəyən cütlüklər nikahlarını rəsmiləşdirmək üçün tibbi müayinədən keçirlər.