Xərçəngin qənimi B17: bu vitamini hər gün qəbul edənlər xəstəliyə tutulmaz

Xərçəngin qənimi B17:  bu vitamini hər gün qəbul edənlər xəstəliyə tutulmaz backend

“Xərçəngsiz dünya” adlı kitabın müəllifi amerikalı Edvard Qrifin B17 vitamininin müalicəvi xüsusiyyətlərindən yazıb.

O, bildirirb ki, bu maddə xərçəng hüceyrələrini öldürür.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, müəllif xərçəngdən əziyyət çəkən xəstələrin bununla uğurlu müalicə olunduqları haqda məlumat toplamış, onun elmi izahını vermiş və belə bir sual qoymuşdur: nə üçün ənənəvi təbabət dəhşətli xəstəliklə mübarizədə bundan istifadə etmir?
Xərçəngi öldürən vitamin B17 əsasən ərik meyvəsinin çəyirdəyindədir. Bu, hələ 35 il əvvəl xərçəngin bütün növləri üçün dərman elan edilib. II Dünya Müharibəsindən sonra həkim Maks Qerson bununla xəstələrini sağaltmış və özünün bu üsulunu xərçəngin müalicəsində tətbiq etmişdir.
Amiqdalin adlandırılan B17 əriyin, badamın, açı badamın, albalının, şaftalının, gavalının çəyirdəyində, almanın tumunda, kalışda, darıda, kətan toxumunda, mərcidə, bir neçə paxlada, üzümdə, bir neçə cür ot bitkisində olur ki, müasir insan bunlardan istifadə etmir. Sivilizasiyalı həyat obrazı bizi məcbur edir ki, təmizlənmiş məmulatlardan - undan, şəkərdən, bitki yağından və digər fabrik məhsullarından istifadə edək və beləliklə də təbii məhsullar çoxdandır ki, bizim menyumuzdan çıxıb.
Bizim baba-nənələrimiz təbii, emal edilməmiş qidalardan istifadə etməyə çalışırdılar və beləliklə də o zaman xərçəng nadir rast gəlinən xəstəlik hesab olunurdu. Onlar qurudulmuş bar, təbii çörək və hətta acıtmasız çörək yeyirdilər. Beləliklə, onlar lazımi vitamin, o cümlədən, amiqdalin (B17) ala bilirdilər.
Alimlər bildirmişdilər ki, əgər insan hər gün bu vitamini qəbul edərsə heç zaman xərçəngə yaxalanmaz.
Diaspora