ABŞ-ın Florida ştatının 4 dairəsində "Zika" virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Florida ştatının qubernatoru Rik Skott bəyan edib.
Qeyd olunur ki, Florida ştatında bu günədək "Zika" virusuna 9 yoluxma halı qeydə alınıb. Həkimlərin rəyinə görə, xəstələnən insanlar virusa xaricdə səfərdə olduqları zaman yoluxublar.Xatırladaq ki, "Zika" virusuna ilk yoluxma faktı ötən il Braziliyada qeydə alınıb. Hazırda virus dünyanın 20-dən çox ölkəsində yayılıb.