Kartof şirəsinin bilmədiyiniz inanılmaz faydaları - XALQ TƏBABƏTİNİN İZİ İLƏ

Kartof şirəsinin bilmədiyiniz inanılmaz faydaları - XALQ TƏBABƏTİNİN İZİ İLƏ backend

Sağlamlığın qeydinə qalmaq gündəlik və kifayət qədər xərc tələb edən əməkdir.

Orqanizmə kömək eləmək heç vaxt artıq deyil. Bu cəhətdən problemləri həll etmək üçün insanlara xalq təbabətindən effektli vasitələr məlumdur.
Qaziler.az Rusiya mətbuatına istinadən bu dəfə kartof şirəsinin faydalarından yazır.

Hər şey çox sadədir: sürtgəcdən keçirilmiş, təzə sıxılmış şirə. Çiy kartofu ət maşınından keçirib, tənzifdən istifadə etməklə sıxın. Alınmış mayeni içmək, saça və üzə çəkmək olar. Əgər siz onu daxilə qəbul etmək istəyirsinizsə, dietoloqlar kartof şirəsinin içərisinə az miqdarda alma və ya kök şirəsi qatmağı məsləhət görürlər. Dadını dəyişmək üçün onun içərisinə bir qaşıq bal da əlavə etmək olar. Beləliklə, kartof şirəsi nəyə görə faydalıdır?

1.Saçları sağlam edir.
Çiy kartofun şirəsi saç kökünü qidalandırır, saçın uzanmasını sürətləndirir və onları bərkidir. Bu xüsusilə, saçtökülmə problemi olanlar üçün tövsiyə olunur. Bal və yumurtanın kartof şirəsi ilə qarışığı daha yaxşı təsiredici xüsusiyyətə malikdir.
Bununçün şirə və bal 2:1 nisbətdə götürülür və ora bir yumurta sarısı əlavə edilir.

2.İmmuniteti qaldırır.
Əgər siz hər gün bir stəkan kartof şirəsi içsəniz immunitetiniz qalxacaq və siz xüsusilə, qış-yaz mövsümündə az xəstələnəcəksiniz.

3.Dərini nəmləndirir.
Kartof dəriyə müsbət təsir göstərir. Xüsusilə, o, günəşdən yaranan yanıqları götürür, sağalmağı sürətləndirir və dərini çox gözəl nəmləndirir. Dərinin nəmlənməsi üçün iki variant var: onu üzə çəkmək və içmək olar. Hər iki variantda yaxşılaşma hiss olunur.

4.Kürəkdəki oynaq ağrılarını sakitləşdirir.
Bu da sizə kartof şirəsinin növbəti faydalı xüsusiyyəti. Məsələ ondadır ki, bu komponent soyuqdəymə əleyhinədir və artitlərdə, artrozlarda və digər oynaq ağrılarında çox effektli təsir göstərir.

5.Ürəyin sağlam qalmasını təmin edir.
Əgər ürək xəstəliyi təhlükəli xarakter alıbsa həkimə müraciət etmək lazımdır. Əgər siz sağalmaq, ürəyin fəaliyyətini qaydaya salmaq istəyirsinizsə kartof şirəsi sizə inanılmaz yardımçı ola bilər.

6.Qırışları hamarlayır.
Kartof cavanlaşdırıcı maska komponenti kimi əvəzsizdir. Şirə çox intensiv təsir göstərir. Hər gün üzünüzə kartof şirəsi çəkin və siz üzünüzün hamarlandığını və daha yaxşı olduğunu görəcəksiz.

7.Yazvanı müalicə edir.
Qastroenterloqlar yazva xəstəliyindən əziyyət çəkənlərə bir ay müddətində kartof şirəsi içməyi məsləhət görürlər. Öz müalicəvi xüsusiyyəti ilə o, qastrit, kolit, yazva və duodenit xəstəliyinin müxtəlif ağırlaşmış dərəcələrində kömək olur.

8.Qanda xolestrini aşağı salır.
Çiy kartof kalium, A, B, C vitaminləri, dəmir və kalsiumla zəngin olduğuna görə o, qanda xolestrinin normallaşmasına kömək edir.





Diaspora