Əsəb pozğunluğu və digər xəstəliklərə qarşı vasitələr - İBN SİNA

Əsəb pozğunluğu və digər xəstəliklərə qarşı vasitələr - İBN SİNA backend

Orta əsrlər dövrünün təbiblərindən olan İbn Sinanın tibb elminə verdiyi töhfələr bu günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini itirməmişdir.

Qaziler.az İbn Sinanın xalq təbabətinə əsaslanan müalicə vasitələrini təqdim edir:
Əsəb pozğunluğuna qarşı vasitələr
Kişmiş yeyilir və ya suya qatılaraq dadı çıxdığı zaman su yerinə içilir.
Qarabaşı otu qaynadılır, üzüm bəhməzi ilə birlikdə 1 stəkan içilir.
10 qram üzərlik toxumu 2 qaşıq bal ilə qarışdırılıb qəbul edilir.
Şəfası: Əsəb pozğunluğunu aradan qaldırır, qanı çoxaldır.

Ağciyər xəstəliyi və ona qarşı dərmanlar
Ağciyər şişərsə, adına pnevmaniya deyilir. Ağciyər pərdələri və qabığı arasına su toplanarsa, buna plevrit deyilir. Plevrit iki çür olur: sulu və quru plevrit. Bu xəstəliklərə qarşı bəzi mühüm şəfa vasitələri:
Bağayarpağı 3 qram,
Üzərlik toxumu 3 qram.
Hər birindən səhər və axşam müəyyən miqdarda yeyilir və ya çay kimi dəmlənib içilir.
Bal mumu eşşək südü ilə içilərsə, bu xəstəliyə şəfa verər.

Daxili ağrını aradan götürmək üçün istifadə edilən dərmanlar

Daxili ağrılar yel, ishal, daxili babasil, çiban və s. kimi xəstəliklər nəticəsində olur.
Dərman: Tikanlı qarabaş otu ilə çobanyastığı qaynadılıb içilir. Ağrılar çiban iltihabı kimi səbəblərdən irəli gələrsə ənbərlə zeytun yağı qarışdırılıb içilir.
Ağrılar ishaldan olarsa, düyü plovu yeyilir.
Heyvanın yarpağı qaynadılıb suyu içilir.
Bağırsaqda ishal varsa, gündə 4 dəfə 1 stəkan soyuq bal şərbəti içilir.
Yağlı boyalara qatılan neft yağı ilə ağrıyan bədən üzvü ovuşdurulur.
Zəncəfil qaynadılıb şəkərlə birlikdə çay kimi içilir.

İnək südündən çox istifadə edin: o, çox dərdə dərmandır.

Ağız boşluğundakı yaraların dərmanları
1.Zəy.
2.Tytya.
Bu maddələr əzilərək toz halında ağzın içindəki yaralara sürtülür.
3.Razyana.
4.Bal.
Bu maddələrdən ibarət məlhəm düzəldilərək yaralara sürtülür.
Diaspora