Ürək-damar xəstəliklərinin müalicəsində də xalq təbabətindən istifadə müsbət nəticə verir.
Ürək-damar sistemi xəstəliklərinin müalicəsində xalq təbabətindən istifadə müsbət nəticə verir.Qaziler.az bu xəstəliyin müalicəsi zamanı xalq təbabətindən istifadə vasitələri ilə bağlı bildirir:
Bir xörək qaşığı yerkökü toxumu bir stəkan suda qaynadılıb dəmə qoyulmalı, dəm çayniki qalın dəsmalla bükülüb 12 saat saxlanmalıdır. Sonra süzüb gündə 3-4 dəfə yarım stəkan içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitələrdən biridir.
***
Gülxətminin qurudulmuş ləçəklərindən 20 qr götürüb 200 qr qaynar suda çay kimi dəmləyin. Bu dəmdən gündə 3 dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin (taxikardiya) əvəzsiz dərmanıdır.
***
Ürək-damar xəstəliklərində beçə balını keçi südünə qatıb içmək xeyirlidir. Bununçün bir stəkan bişmiş südə bir xörək qaşığı bal qatıb gündə iki dəfə (səhər və axşam) acqarına yarım stəkan içmək lazımdır. Müalicə müddəti 15 gündür.
***
Tumu çıxarılmış innabın 50 qramını iki xörək qaşığı kəklikotu ilə qarışdırıb iki stəkan qaynar suda dəmləyin. Soyudun və xıltını sıxıb çıxarın. Ondan gündə dörd dəfə yarım stəkan için. Bu, qanı duruldur, ürək döyüntüsünü və ürək ağrısını azaldır.
***
Badamı şəkərlə və ya balla yedikdə kirəcləşmiş qan damarları genişlənir.
***
Reyhanı döyüb suyunu çıxarın, onu şəkərlə və ya balla qarışdırıb gündə üç dəfə 30 qr için.
***
Bir qat döyülmüş nanə, bir qat şəkər səpmək və şirəsi çıxana qədər gğzləmək lazımdır. Sonra şirəni tənzifdən keçirib gündə üç dəfə 50 qr qəbul edin. Bu qarışıq ürəyin fəaliyyəti üçün çox xeyirlidir.