Yeni termometr: hərarəti 2 saniyəyə ölçür

Yeni termometr: hərarəti 2 saniyəyə ölçür backend

Ən müasir termometrlərin belə hərarəti ölçməsi üçün 5 dəqiqə gözləmək lazım gəldi halda yeni istehsal olunan termometr ilə bunun üçün 2 saniyə vaxt kifayət edəcək.

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, cəmi iki saniyəyə hərarət ölçən cihaz hazırlanıb.

Mürəkkəb iş prinsipi olmayan cihaz, sadə dizaynı ilə də diqqət çəkir.

Ağıllı tibb məhsullarıyla tanıdığımız "Vithings" adlı firma, bu dəfə tez bir zamanda insanın hərarətini ölçən termometri təqdim edib. Cihazın ələyatımlı olması rəğbətlə qarşılanıb.

Bədən istiliyini ölçmək üçün cihazı sadəcə, başın gicgah bölgəsinə toxundurmaq kifayətdir. 2 saniyə ərzində 4 min ölçü həyata keçirərək, ən doğru məlumatı üzərindəki led ekranda göstərir. Cihaz 100 dollara satışa çıxarılacaq.

Diaspora