Ağciyər Xəstəlikləri İnstitutunda 6 boks tipli palata ayrıldı

Ağciyər Xəstəlikləri İnstitutunda 6 boks tipli palata ayrıldı backend

Azərbaycanda “donuz qripi”nə yoluxma halı baş verərsə, bu xəstələrin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Bunu APA-yüa açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva bildirib.


Şöbə müdiri deyib ki, qonşu ölkələrdə H1N1 ("donuz qripi") virusunun yayılması ilə əlaqədar “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanan 8 dekabr 2015-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir şöbə ayrılıb, bu şöbədə 8 boks tipli palata var. Bu bokslar mənfi təzyiqli palatalardır, hava daim ventilyasiya sistemi ilə təmizlənir və virus ətrafa yayılmır. Eyni zamanda dərman və xüsusi fərdi qoruyucu vasitələr tədarük edilib, personal təlimatlandırılıb: “Xüsusi işçi qrup yaradılıb ki, əgər “donuz qripi” epidemiyası olarsa, xəstələr müraciət edərsə, iş necə təşkil ediləcək. Laborator diaqnostika üçün də vasitələrimiz var”.

S. Mustafayeva qeyd edib ki, qrip əlamətləri olan insanlar ilk mərhələdə poliklinikalara müraciət etməli, poliklinikalarda qan analizi götürülməli, laborator analiz təşkil olunmalıdır". Əgər xəstənin “donuz qripi” olduğu təsdiqini taparsa, bu halda həmin xəstələr, ağır pnevmoniya ilə fəsadlaşmış insanlar Ağciyər Xəstəlikləri İnstitutuna göndərilməlidir. Lakin bəzən ağır vəziyyətdə olan insanların poliklinikalara deyil, birbaşa Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etməsi də istisna deyil: “Bu zaman xəstə ilə bağlı diaqnostika burada təşkil olunacaq. Onu da deyim ki, Ağciyər Xəstəlikləri İnstitutu ilə bərabər Azərbaycanda bir çox xəstəxanalarda “donuz qripi” xəstələri üçün xüsusi palatalar ayrılıb”.
Diaspora