Adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. QAZİLER.AZ -ın “musavat.com”-a istinadən xəbərinə görə, xalq təbabətində duz müxtəlif nasazlıqlar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur. Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir. Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahi Hippokrat öz praktikasında duz islatmalarından istifadə edib. Tanınmış rus cərrahı Piroqov müharibə zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edib. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir.
Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur. Duz məhlulu göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. Həmçinin bu sadə vasitə pis ayaq qoxusunu yox etməyə kömək edir. İrinli yaralar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur. Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duzu həll edin, tənzifi məhlulda isladıb alnınıza qoyub bir qədər uzanın. Duz kosmetologiyada da çox geniş istifadə olunur.Xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində istifadə edin. Bu skrab dərini yaxşı təmizləyir, daha hamar edir, rəngini yaxşılaşdırır.