Bəzən ürək tutması insan tək olanda, yaxınlıqda kömək edə biləcək kimsə olmayanda baş verir.
Qaziler.az Rusiya mətbuatına istinadən ürək tutması zamanı insanın özü-özünə kömək etmək imkanları haqda bunları bildirir:Əgər siz ürəyinizin normal ritmlə vurmadığını və yıxılacağınızı hiss etsəniz unutmayın ki, huşunuzu itirməyinizin qarşısını almaq üçün sizin yalnız 10 saniyə vaxtınız var. Bu vaxt ərzində siz öz həyatınızı xilas edə bilərsiniz.
Bu vəziyyətdə siz nə etməli olduğunuzu bilməlisiniz. Bu halda siz bütün gücünüzlə çoxlu öskürməlisiniz. Öskürməzdən qabaq hər dəfə dərindən nəfəs almalısınız. Öskürək dərindən və davamlı olmalıdır, sanki sinənizdə olan bəlğəmi qaytarırsınız. Nəfəsalma və öskürək ürək normal döyünmə ritminə qayıdana qədər hər 2 saniyədən bir fasiləsiz və dayanmadan olmalıdır. Dərin nəfəsalma ağciyərlərə oksigenin dolmasına yardımçı olur, öskürmə hərəkəti isə ürəyi “sıxır” və qanı dövr etməyə məçbur edir. Ürəyə olan bu təzyiq onun normal ritmə qayıtmasına kömək edir.
Beləliklə, ürək tutması qurbanları həkimin gəlib çıxması ə ya özünü xəstəxanaya çatdırmaq üçün vaxt qazanmış olurlar.