Başqa bədən üzvləri zəiflədikdə və xəstələndikdə onların yerinə yetirə bilmədiyi funksiyaların ağırlığı qara ciyərin üzərinə düşür.
Bədən zəifləyir, susuzluq yaranır, ağız quruyur, adamın rəngi saralır, ürək tez-tez döyünməyə başlayır. Belə halda soyuq şərbətlər, ayran, iskəncəbi, xiyar suyu, balqabaq suyu, quşüzümü suyu, qora şərbəti, turunc və limon şərbəti içmək çox faydalıdır.Ceviz, zirinc, darçın, qora, qərənfil, çuğundur qabığı, heyva mürəbbəsi, kişmiş yemək qaraciyəri möhkəmləndirir.
Banan yemək və ondan təpitmə düzəldib qaraciyər üzərinə qoymaq ciyər zəifliyi zamanı çox faydalıdır.
Ciyər zəifliyi istiliklə olmazsa, hil işlətmək münasibdir.
Malın tppuq sümüyünü yandırıb yumşaq yumşaq halda döyür və üç misqal miqdarında götürüb iskəncəbi ilə yeyirlər. Yeməkdən əvvəl və sonra fıstıq yemək də yaxşı təsir göstərir. Fıstığı şəkər , yaxud kişmişlə yemək daha faydalıdır.
Bağayarpağı ilə şəkər qarışığı, turş nar şirəsi, heyva, alma və armud şərbətləri də bu baxımdan yaxşı dərman sayılır.
Ciyər zəifliyi istiliklə olarsa, pərpələng suyu və soyuq su ilə tabaşir qarışığı içmək məqsədəuyğundur.
Xəstəlik ürəkbulanması ilə olarsa, bişmiş həl ilə qara gav alı, quşüzümü və sarmaşıq suyu işlətmək məsləhət görülür.
Pərpələngi yumşaq halda döyüb gül yağı ilə ciyər nayihəsinə sürtmək yaxşı təsir göstərir.
Gərəkli təpitmələrdən biri də döyülmüş quru gülxətmi, xiyar suyu, balqabaq suyu və gül yağı qarışığıdır.
Sınanmış təpitmələrdən biri bağayarpağı, gülab və gül yağı tərkibindən ibarətdir.
İstilik davam edərsə, çuğundur yarpağını və təzə keşnişi sirkədə bişirib və ya quru keşnişi döyüb gül yağı qataraq yeyirlər. İstilik olmazsa, turac, çəpiş, dana əti yemək, abqora və zirinc suyu içmək olduqca xeyirlidir.