Yaşlı insanların yol verdiyi ən geniş yayılmış səhv 20 yaşlarında olduğu kimi qidalanmağa davam etmələridir.
Dietoloqlar bildirirlər ki, yaş artdıqca orqanizmin enerjiyə olan tələbatı azalır və enerji sərfiyyatı 30 yaşdan etibarən aşağı düşməyə başlayır. Müxtəlif sağlamlıq problemlərindən qaçmaq üçün 40 yaşdan sonra qida rasionuna aşağıdakı məhsulları daxil etmək tövsiyə olunur:
Yulaf: "Pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və aterosklerozun qarşısını alır.
Albalı: Antioksidantlarla zəngindir və podaqra xəstəliyinin yaranmasının qarşısını almağa yardımçı olur.
Badam: Xolesterinin səviyyəsini azaldır, qanda şəkərin göstəricilərini yaxşılaşdırır, ürək-damar xəstəlikləri və diabet riskini aşağı salır.
Balıq yağı: Tərkibindəki Omeqa-3 qan təzyiqinin düşməsinə və aritmiyanın azalmasına kömək edir.
Soya: "Pis" xolesterinlə mübarizə aparır, qadınlarda sümük toxumasının sıxlığını artırır.
Pomidor: Xərçəng hüceyrələrinin yaranma və yayılma riskini azaldır, arteriyaları aterosklerozdan qoruyur.
Süd: Əzələ kütləsinin yaşla bağlı azalmasının qarşısını aldığı üçün gəncliyi qorumağa kömək edir, tərkibindəki kalsium isə sümüklər üçün vacibdir.
Toyuq əti: Zülallarla zəngin pəhriz ətidir.
QAZİLER.AZ