Yuxusuzluqdan əziyyət çəkənlərin nəzərinə: Çayı nə vaxta qədər içmək olar?

Yuxusuzluqdan əziyyət çəkənlərin nəzərinə: Çayı nə vaxta qədər içmək olar? backend

Dietoloq Jaklin Fleyşer gün ərzində sonuncu fincan çayı içmək üçün ən uyğun vaxtı açıqlayıb.

Qaziler.az bildirir ki, "Real Simple" nəşrinə müsahibə verən mütəxəssis yuxu keyfiyyətini qorumaq üçün bir sıra vacib tövsiyələrini bölüşüb.

Fleyşerin sözlərinə görə, kofeinsiz çayı yuxudan təxminən bir saat əvvəl içmək olar. O əlavə edib ki, bu cür çay süfrəsi sinir sistemini sakitləşdirən rahatladıcı axşam ritualına çevrilə bilər. Tərkibində kofein olan çayı isə planlaşdırılan yuxu vaxtından ən azı altı saat əvvəl içmək tövsiyə olunur.

Bununla yanaşı, kofeinə qarşı xüsusilə həssas olan insanlara yuxudan 8-10 saat əvvəl kofeinli çaydan imtina etmək məsləhət görülür. "Kofein üç-altı saat ərzində həzm olunur, buna görə də yuxudan kifayət qədər əvvəl onun qəbulunu dayandırmaq orqanizmin təbii yolla sakitləşməsinə kömək edə bilər", — deyə həkim vurğulayıb.

Dietoloq həmçinin saat 21:00-dan sonra qəbul edilən kofeinli çay və qəhvənin yuxuya getməyi çətinləşdirdiyini, yuxu müddətini qısaltdığını və keyfiyyətini pisləşdirdiyini sübut edən araşdırmanın nəticələrini də diqqətə çatdırıb.

QAZİLER.AZ