Uşağın yemək seçməsi nə vaxt problemə çevrilir?

Uşağın yemək seçməsi nə vaxt problemə çevrilir? backend

Uşaqlarda yemək seçiciliyi çəki itkisi müşahidə olunduqda narahatlıq doğurmalıdır.

Qaziler.az xəbər verir ki, bu fikirləri uşaq qastroenteroloqu Yekaterina Yablokova "Radio 1"ə müsahibəsində  deyib. Mütəxəssis vurğulayıb ki, səbəbsiz hərarət yüksəlməsi, oynaqlarla bağlı problemlər və bədənin hər hansı bir yerində qan görünməsi də təhlükə əlamətidir.

"Bir qayda olaraq, belə uşaqlar karbohidrat tərkibli qidalar, məsələn, makaron və kartof yeyirlər, qalan hər şeyi isə bəyənmirlər. Bu məsələdə ən geniş yayılmış təhlükəli siqnal uşağın bu cür seçici qidalanma fonunda böyüməkdən və inkişafdan qalması və ya çəki itirməsidir. Əgər onda tənəffüs yolu infeksiyası ilə izah edə bilmədiyiniz naməlum hərarət yüksəlmələri, oynaq problemləri, hər hansı bir yerdə qan müşahidə olunursa, bu, artıq ciddi əlamətdir", - deyə Yablokova izah edib.

QAZİLER.AZ