Qış aylarında aromaterapiyadan istifadə əhval-ruhiyyəni yaxşılaşdırmağa, sağlamlığı qorumağa və immun sistemini gücləndirməyə kömək edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru"ya rusiyalı həkim Roman Oparin bildirib. Onun sözlərinə görə, aromaterapiya üçün evkalipt, çay ağacı, lavanda, rozmarin və nanə yağları uyğundur.
"Qış vaxtı aromaterapiya üsullarını tətbiq etməklə əhval-ruhiyyəni yüksəltmək və sağlamlığı möhkəmləndirmək olar. Həmçinin bu yanaşma immun sisteminin işini yaxşılaşdırır. Mövsümi yönümlü aromaterapiyada evkalipt, çay ağacı, lavanda, rozmarin, nanə, zəncəfil, portağal, limon və şam ağacı efir yağlarından istifadə olunur. Onlar antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir", — deyə Oparin bildirib.
Onun sözlərinə görə, aromaterapiya prosedurlarını ev şəraitində xüsusi cihazlar və aksesuarların köməyi ilə müstəqil şəkildə aparmaq mümkündür. Ekspert bunun üçün aromalampaların və aromadiffuzorların uyğun olduğunu qeyd edib.
QAZİLER.AZ