Naringinin qabığı sizi çox xəstəlikdən qoruya bilər - XALQ TƏBABƏTİNİN İZİ İLƏ

Naringinin qabığı sizi çox xəstəlikdən qoruya bilər - XALQ TƏBABƏTİNİN İZİ İLƏ backend

Naringi dadlı, xoş iyli olması ilə yanaşı, həm də çox xeyirlidir.

Bu meyvənin tərkibindəki efir yağının müaliçəvi xüsusiyyəti inanılmaz dərəcədə çoxdur. Yağ antiseptik, sakitləşdirici və həyat tonusunu qaldırma keyfiyyətinə malikdir.
Bu sitrus meyvəsi əsəbləri sakitləşdirir, yüngül yuxugətirici xüsusiyyəti vardır. O, hətta, hipertoniya xəstəliyi zamanı qan təzyiqini aşağı salır, toxumalarda qan dövranını optimallaşdırır, həzm prosesini qaydaya salır, artıq çəkinin yaranmasının qarşısını alır, orqanizmin müqavimətini və müdafiə qabiliyyətini artırır.
Naringidə nitrat yoxdur, lakin o, C, D, K vitaminləri ilə zəngindir. Bu meyvə maddələr mübadiləsini yaxşılaşdırır.
Gün ərzində yeyilən 3-4 naringi soyuqdəymə və qripin qarşısını ala bilir.
Gün ərzində 3-5 naringi isə bağırsaq infeksiyası, qida zəhərlənməsi, həzm pozğunluğu əleyhinə əla profilaktikadır,
Yeməkdən 15-30 dəqiqə əvvəl qəbul edilmiş 10-20 damcı acı naringi qabığı cövhəri iştahanı artırır və həzmi asanlaşdırır.
Naringi şirəsi yüksək tempratur zamanı susuzluğu yatıran ən yaxşı vasitədir.
Naringinin 3 xörək qaşığı qurudulub xırdalanmış qabığının üstünə 2 stəkan qaynanmış su tökün və 2 saat saxlayın, süzün, 2 xörək qaşığı bal əlavə edin. Soyuqdəymə və bronxit zamanı gündə 4 dəfə isti halda yarım stəkan için.
100 qram qurudulmuş naringi qabığını 20 qram biyan kökü ilə yaxşıca qarışdırırn. Üzərinə 2 stəkan su töküb 30 dəqiqə vam atəşdə qaynadın, süzgəcdən keçirin, mayeni 2 hissəyə bölün, səhər və axşam için. Bu həlim soyuqdəymə əleyhinə xüsusiyyətə malikdir, xüsusilə mastit zamanı kömək edir.
Naringinin qabığından hazırlanmış həlim qanda şəkərin miqdarını aşağı salır. 3 bəhərin qabığını 1 litr suda 10 dəqiqə qaynadın. Həlimi süzdükdən sonra soyuducuda saxlayın və hər gün için.
Diaspora