Səhərlər daha asan oyanmağın 2 YOLU

Səhərlər daha asan oyanmağın 2 YOLU backend

Hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq lazımdır.

Qaziler.az xəbər verir ki, bunu "FederalPress"ə psixoloq Olqa Sofyanova bildirib. O qeyd edib ki, həftəsonları yuxu almaq üçün gündüz yatmaq daha yaxşıdır.

“İş günləri ilə həftəsonu arasındakı iki-üç saatlıq rejim fərqi orqanizm üçün bir neçə saat qurşağı dəyişmək (uçuş) qədər streslidir. Buna görə də bazar ertəsi səhərlər yenə ağır və yorğun oyanırıq”, - deyə Sofyanova bildirib.

Psixoloq vurğulayıb ki, səhərlər oyanmağı asanlaşdırmaq üçün melatonin homonunun istehsalını dayandıran parlaq işıq müsbət təsir edəcək. Mütəxəssis, həmçinin daha asan oyanmaq üçün bir stəkan su içməyi məsləhət görüb: “Belə ki, gecə boyu orqanizm maye itirir, su isə daha tez ayılmağa kömək edir və süstlüyü azaldır”.

QAZİLER.AZ