Həm immuniteti gücləndirir, həm də arıqlamağa kömək edir

Həm immuniteti gücləndirir, həm də arıqlamağa kömək edir backend

Mütəxəssislər hər gün bir stəkan ilıq limon şirəli və ballı suyun əhval-ruhiyyəyə necə təsir etdiyini və onu düzgün hazırlamaq qaydasını izah ediblər.

Qaziler.az xəbər verir ki, “Health” nəşrinin yazdığına görə, səhərlər içilən bir stəkan limon şirəli və ballı su ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Səhər içilən adi su özlüyündə artıq faydalıdır. Limon və bal isə içkini daha dadlı edir və insanın onu müntəzəm içməsini asanlaşdırır. Lakin mədə xorası və ya digər mədə xəstəlikləri olan şəxslərə bu içkini acqarına içmək məsləhət görülmür.

Belə ki, gecə ərzində orqanizm tənəffüs və tər vasitəsilə çoxlu maye itirir, səhər içilən su isə su balansını bərpa etməyə kömək edir. Lakin səhərlər içilən ballı və limon şirəli ilıq içki boğaz ağrısını azaltmağa, allergiya simptomlarını və quru havanın yaratdığı narahatlığı yüngülləşdirməyə kömək edir. Su bəlğəmi yumşaldır və qıcıqlanmanı sakitləşdirir. Öskürək və digər tənəffüs yolları infeksiyaları zamanı bal boğazı yumşaldır. Limondakı C vitamini isə immuniteti dəstəkləməyə və hüceyrələri zədələnmədən qorumağa kömək edir.

Bundan əlavə, ilıq su bağırsaqları rahatlaşdırır, qəbizliyin yaranmasının qarşısını alır və həzmi tənzimləyir. Diyetoloqların dediklərinə görə, bu vərdiş səhər yeməyindən əvvəl iştahanı azaltmağa kömək edir. Həmçinin şirin, kalorili içkilərə olan meyli azaldır. Buna görə də balla dadlandırılmış su arıqlamaq istəyənlər üçün xüsusilə faydalıdır.

Resepti isə sadədir: suyu otaq temperaturunda götürmək daha yaxşıdır, belə olduqda orqanizm tərəfindən ən yaxşı şəkildə mənimsənilir. Stəkana yarım limonun şirəsi sıxılır (mədəsi həssas olanlar daha az əlavə etməlidir). Daha sonra bir xörək qaşığı bal əlavə edilib qarışdırılır. İçki səhər yeməyindən əvvəl acqarına içilir, ardınca isə limon turşusunun diş minasına zərər verməməsi üçün ağız təmiz su ilə yaxalanır.

QAZİLER.AZ