Yüksək temperatur güclü immunitetin göstəricisi imiş

Yüksək temperatur güclü immunitetin göstəricisi imiş backend

Xəstəlik zamanı yüksək hərarətin olması güclü immunitetdən xəbər verir.

Qaziler.az xəbər verir ki, bunu Moskva Səhiyyə Nazirliyinin ilkin tibbi-sanitariya yardımı üzrə baş ştatdankənar mütəxəssisi Natalya Filimonova bildirib.

"Radio 1"ə açıqlamasında mütəxəssis vurğulayıb ki, yüksək temperatur zamanı orqanizm virusla fəal şəkildə mübarizə aparır və buna görə də hərarət yüksəlir.

"Xəstəliyin başlanğıcında yüksək hərarət bizim güclü immunitetimizin əlamətidir. İmmunitet virusla fəal mübarizəyə başlayır, bu səbəbdən hərarət qalxır. Yəni hərarəti normal keçirirsinizsə, ondan qorxmağa dəyməz", – deyə Filimonova izah edib.

QAZİLER.AZ