İdman insanı iki əsas yolla - həm bədənə verdiyi sağlamlıq və zövqlə, həm də gizli psixoloji təsirlərlə daha xoşbəxt edir. İdman həm də insanın içindəki kədəri və "mən başqalarından pis yaşayıram və ya nədənsə məhrum qalmışam" hissini azaldır. Nankin Pedaqoji Universitetinin psixoloqları bu mexanizmləri Çinin 6090 sakininin cavablarını təhlil edərkən aşkarlayıblar.
Qaziler.az xəbər verir ki, məqalə "Frontiers in Psychology" jurnalında dərc olunub.
Məlumatlar 28 əyaləti əhatə edən ümummilli sorğudan götürülüb. 18-94 yaş arası respondentlər bədən tərbiyəsi ilə nə qədər tez-tez məşğul olduqlarını, özlərini nə dərəcədə xoşbəxt hiss etdiklərini və nə qədər tez-tez kədərləndiklərini bölüşüblər. İştirakçıların orta yaşı 52 olub.
Cavabların təhlili göstərib ki, fiziki məşqlər 62% hallarda insanı birbaşa xoşbəxt edir. Lakin idmanın əhval-ruhiyyəni yaxşılaşdıran dolayı yolları da var:
-19% hallarda idman insanın özünü başqalarından geri qalmış və ya pis yaşayan kimi hiss etməsinin qarşısını alır.
- 17% hallarda ümumi kədər və ruh düşkünlüyünü azaldır.
- 3% hallarda isə əvvəlcə paxıllıq və geri qalma hissini yox edir, daha sonra birbaşa xoşbəxtlik gətirir.
Oxşar beynəlxalq rəylər təsdiqləyir ki, tövsiyə olunan gündəlik aktivlik normasının hətta yarısı depressiya riskini 18%, tam norması isə 25% azaldır. Xatırladaq ki, böyüklərə həftədə 150–300 dəqiqə orta intensivlikli və ya 75–150 dəqiqə yüksək intensivlikli aerobik aktivliyə vaxt ayırmaq tövsiyə olunur. Belə ki, hərəkət hələ də əhval-ruhiyyəni yüksəltməyin ən əlçatan üsulu hesab edilir.
QAZİLER.AZ

